Barkod texnologiyası ilə inventarizasiya Müasir dövrdə inventarizasiya proseslərinin dəqiq və sürətli aparılması üçün ən çox istifadə olunan üsullardan biri barkod texnologiyasıdır. Barkod sistemi anbar və satış nöqtələrində malların uçotunu asanlaşdırır, insan səhvlərini minimuma endirir və vaxt itkisinin qarşısını alır. Əsas avadanlıqlar
Barkod printer - Malların üzərinə yapışdırılan unikal kodlu etiketlərin çapı üçün istifadə olunur. Hər məhsul üçün xüsusi identifikasiya imkanı yaradır.
Barkod skaner - Çap olunmuş etiketlər üzərindəki barkodları oxuyaraq məlumatları birbaşa inventar proqramına ötürür. Sayım, satış və anbar əməliyyatlarında sürət və dəqiqlik təmin edir.
Inventar idarəetmə proqramı - Barkod printer və skanerlə inteqrasiya olunaraq, məhsul hərəkətini (giriş, çıxış, qalıq, satış) real vaxtda izləməyə imkan verir. Üstünlüklər Inventarizasiya prosesinin sürətlənməsiəməliyyatlarda dəqiqliyin artması, real vaxtda hesabat və statistika əldə etmək imkanı İşçi resurslarına və zamana qənaət edir.